Modern.az

Çavuşoğlu ABŞ-lı həmkarı ilə İraqdakı vəziyyəti müzakirə etdi

Çavuşoğlu ABŞ-lı həmkarı ilə İraqdakı vəziyyəti müzakirə etdi

Dünya

1 Fevral 2018, 00:43

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və ABŞ dövlət katibi Reks Tillerson arasında telefon danışığı olub. Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, telefon dnışığı zamanı tərəflər Suriya Milli Dialoq Konqresini, Suriyada aparılan "Zeytun budağı" əməliyyatını və İraqdakı vəziyyəti müzakirə ediblər.

 

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD, YPG və İŞİD terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.

Sizə yeni x var
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU