Modern.az

Prezidenti ölmüş bilib, pensiyasını kəsdilər

Prezidenti ölmüş bilib, pensiyasını kəsdilər

2 Fevral 2018, 12:29

Braziliya prezidenti Mişel Temer mövcudluğu haqda herç bir sübit olmadığı üçün 2 aylıq pensiyasını ala bilməyib. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, sentyabrda 77 yaşı tamam olan Temer 6,9 min dollar təqaüdünü ala bilməyib.

 

Braziliya Sosial Xidməti pensiyaçıların hər doğum günlərində etməli olduğu qeydiyyat nişanını Temerin etməməsi səbəbindən bu addımı atıblar. Həmin qeydiyyat təqaüdçünün hələ də sağ olmasından xəbər verir. Qeydiyyat olmadığı halda, həmin şəxs avtomatik olaraq ölmüş sayılır.

 

Braziliya prezidentinin katibliyindən verilən xəbərə görə, dövlət başçısı vaxt azlığına görə qeydiyyatdan keçə bilməyib.  

 

Sizə yeni x var
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU