Modern.az

Trampın gəlini xəstəxanaya yerləşdirildi

Trampın gəlini xəstəxanaya yerləşdirildi

13 Fevral 2018, 09:12

Kiçik Donald Trampın həyat yoldaşı Vanessa Tramp səhər saatlarında içərinsində mənbəyi məlum olmayan ağ tozla dolu olan paketi açdıqdan sonra ciddi öskürək və ürək bulanmasından şikayətlənib və o, xəstəxanaya yerləşdirilib.

 

Bu haqda Modern.az xarici KİV-ə istinadla xəbər verir.

 

Şəhər polisindən verilən məlumata görə, 40 yaşlı Vanessa Tramp Nyu-York şəhərinin “Presbyterian Weill Cornell” adlı Tibb Mərkəzində həkimlərin nəzarəti altındadır.

 

Qeyd edək ki, kiçik Donald Tramp ABŞ Prezidentinin böyük oğludur.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ŞOK - Xameneinin iqamətgahı raketlə VURULDU