Modern.az

Fələstin İsraillə birbaşa danışıqlara hazırdır

Fələstin İsraillə birbaşa danışıqlara hazırdır

13 Fevral 2018, 23:36

“Fələstin İsraillə üçüncü tərəfin təşkil edəcəyi birbaşa danışıqlara hazırdır. Moskva və ya Soçi bunun üçün neytral meydança ola bilər.  Hesab etmirəm ki, bu cür danışıqlar Qüdsdə keçirilməlidir”. Modern.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu barədə Fələstin xarici işlər naziri Riyad əl Maliki bildirib.

 

Riyad əl Maliki İsrail tərəfinə qeyd olunan variant üzərində düşünməyə və təklifi müsbət qəbul etməyə çağırıb. 

 

Fələstin liderinin xarici siyasət məsələləri üzrə müşaviri Nabil Şaas bildirib ki, Fələstin xarici tərəfdarlarla İsraillə münaqişənin nizamlanmasının yeni çoxtərəfli formatın yaradılması üzərində çalışır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ŞOK - Xameneinin iqamətgahı raketlə VURULDU