Modern.az

Cənubi Afrika prezidenti istefa verdi

Cənubi Afrika prezidenti istefa verdi

15 Fevral 2018, 11:17

Cənubi Afrikanın prezidenti Ceykob Zuma istefa verib.

Modern.az saytı xarici KİV-ə istinadən xəbər verir ki, Ceykob Zuma Afrika Milli Konqresinin istefa çağırışından sonra vəzifəsindən getmək qərarına gəlib.

 

Keçən ilin dekabr ayından bəri ciddi təzyiqlərə baxmayaraq Yakob Zuma istefa verməmişdi. Xatırladaq ki, o, korrupsiyada ittiham olunurdu.

Zuma istefası ilə əlaqədar çıxışında verilən qərarla razılaşmadığını dilə gətirib. O qeyd edib ki, ömrü boyu Afrika Milli Konqresinə xidmət edib.Həmçinin, dövlət başçısı kimi Cənubi Afrika xalqına əlindən gələn qədər xidmət edib.

 

Prezidentin istefasından dərhal sonra Afrika Milli Konqresi 60 illik xidmətlərinə görə ona təşəkkür etdiklərini,istefasını partiyta olaraq qəbul etdiklərini, yeni dövlət başçısının seçimlərində partiya sədri Siril Ramapho sayı namizəd kimi seçdiklərini açıqlayıb.

 

 Əbülfəz Kərimov

Sizə yeni x var
Keçid et
SON DƏQİQƏ! İran şəhərləri dağıdılır