Modern.az

“İsgəndər” raketləri NATO ilə Rusiyanı qarşı-qarşıya qoydu

“İsgəndər” raketləri NATO ilə Rusiyanı qarşı-qarşıya qoydu

15 Fevral 2018, 12:52

Rusiyanın Kalininqrad vilayətində “İsgəndər” raketlərinin yerləşdirilməsi NATO Baş katibi Yens Stoltenberqin narazılığına səbəb olmuşdu.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Dumanın Müdafiə Məsələləri üzrə Komitəsinin sədri Vladimir Şamanov Moskvanın “İsgəndər” raketlərinin yerləşdirilməsi ilə bağlı NATO-ya heç bir hesabat verməyəcəklərini deyib.

“Bu nə deməkdir? Qanuni ərazimizdir və nə istəsək, onu da edərik”.

 

Rusiya Polşa və Baltikyanı ölkələrdə ABŞ qüvvələrinin yerləşməsindən narazılıq ifadə etmişdi.

Whatsapp
Bizə yazın!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB