Modern.az

"Zeytun budağı" əməliyyatında 7 türk əsgəri yaralandı

"Zeytun budağı" əməliyyatında 7 türk əsgəri yaralandı

Dünya

16 Fevral 2018, 00:09

Türkiyə Silahlı Qüvvələrinin Azad Suriya Ordusu ilə birlikdə Suriyanın Afrin bölgəsində keçirdiyi "Zeytun budağı" əməliyyatında 7 türk əsgəri yaralanıb. Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələri məlumat yayıb.

 

Məlumata görə, əsgərlər iki ayrı silahlı əməliyyat zamanı xəsarət alıblar.

 

Qeyd edək ki, "Zeytun budağı" əməliyyatı bu il yanvarın 20-də başlayıb. "Zeytun budağı" əməliyyatı nəticəsində isə 1528 terrorçu məhv edilib.

Whatsapp
Bizə yazın!
Keçid et
TÜRK DEVLETLERİ ülkeleri arası VİZESİZ dolaşım ne zaman?