Türk mənşəli alman jurnalisti Deniz Yücel azadlığa buraxılıb. Modern.az Almaniya KİV-nə istinadən xəbər verir ki, bu barədə onun vəkili məlumat verib.
“Nəhayət ki, məhkəmə mənim azadlığa buraxılmam haqda qərar verdi”.
Qeyd olunur ki, məhkəmə Yüceli qarşıdakı araşdırmalara qədər azadlığa buraxılması barədə qərar çıxarıb.