Modern.az

Vətəndaşlar 70 yaşdan sonra pensiyaya çıxacaq

Vətəndaşlar 70 yaşdan sonra pensiyaya çıxacaq

16 Fevral 2018, 20:57

Yaponiyanın Nazirlər Kabineti ölkə vətəndaşlarına 70 yaşdan sonra pensiyaya çıxmaq imkanı verən proqramı təsdiqləyib. Modern.az “Trend”ə istinadən xəbər verir ki, proqramda təsdiq olunan tədbirləri 2020-ci ildə tətbiq etmək planlaşdırılır.

 

Proqramın təsdiqlənməsi isə hökumət tərəfindən zəruri addım kimi qiymətləndirilib. Belə ki, bunun səbəbi Yaponiyada işçi qüvvəsinin çatışmazlığı ilə izah olunur.

 

Qeyd edək ki, hazırda Yaponiyada mövcud qanunvericiliyə görə, vətəndaşlar 65 yaşda pensiyaya çıxa bilərlər.

 

Bundan başqa, qanunvericiliyə görə, 60-70 yaş arası olan vətəndaşların isə istənilən vaxt pensiyaya çıxmaq hüququ var.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ŞOK - Xameneinin iqamətgahı raketlə VURULDU