Türkiyə Silahlı Qüvvələri terrorçulara qarşı mübarizəni davam etdirir. Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, Mardin vilayətində 3 PKK terrorçusu təhlükəsizlik qüvvələri tərəfindən zərərsizləşdirilib. Əməliyyatlar Nusaybin, Midyat və Ömərli ərazilərində baş tutub.
Baş verən silahlı atışmalar zamanı öldürülən 3 terrorçudan birinin qruplaşma liderlərindən olduğu məlum olub.
Məlumata görə, məhv edilən “Fərhad” kod adlı Yakup Salğın terrorçuların bölgə lideri idi.