Modern.az

Türkiyənin NATO-dan çıxması reallaşır

Türkiyənin NATO-dan çıxması reallaşır

16 Fevral 2018, 22:11

“Türkiyənin NATO-dan çıxması tamamilə real görünür. Türkiyənin Afrin hərəkatı Suriyanın şimalındakı amerikalı hərbi ekspertlərin həyatını təhlükəyə atır. Bununla yanaşı, Türkiyə Rusiyadan S-400 müdafiə sistemləri satın alıb. Bu, NATO-nun sisteminə fərqli ünsürün qatılması anlamına gəlir”.  Modern.az  Rusiya mediasına istinadən xəbər verir ki, bunu  rusiyalı hərbi ekspert Konstantin Sivkov bildirib.

 

Konstantin Sivkov bildirib ki, Türkiyənin NATO-dan çıxması real ssenari kimi görünə bilər: “Bəs, Türkiyənin itirilməsi nə anlama gəlir? NATO üçün bu cənub qanadın tamamilə itirilməsi və Rusiyanın Aralıq dənizinə daxil olması deməkdir. Vaxtilə Türkiyə ABŞ-ın VI donanmasını vura biləcək Rusiyanın ağır hərbi donanmasının qarşısını almışdı”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ŞOK - Xameneinin iqamətgahı raketlə VURULDU