Modern.az

NATO rəsmi Pxenyana təzyiqi artırmağa çağırdı

NATO rəsmi Pxenyana təzyiqi artırmağa çağırdı

16 Fevral 2018, 23:46

“Şimali Koreyaya daha çox təzyiq göstərilməlidir. Bu ölkənin raket proqramı NATO ölkələrinə təhlükə yaradır”. Modern.az xəbər verir ki, bunu Münhen Təhlükəsizlik Konfransında çıxışı zamanı NATO-nun baş katibi Yens Stoltenberq bildirib.

 

Y.Stoltenberq qeyd edib ki, Şimali Koreya hamıya təhlükə yaradan nüvə və ballistik proqramı üzərində işləyə davam edir: “Biz Şimali Koreya raketlərinin çata biləcəyi zonada yerləşirik. Hesab edirik ki, prosesin dayandırılması üçün rəsmi Pxenyana maksimal təzyiq göstərməliyik".

Sizə yeni x var
Keçid et
ŞOK - Xameneinin iqamətgahı raketlə VURULDU