Çinin cənubunda yerləşən tullantıların emalı sahəsində fişənglərin alışması nəticəsində doqquz nəfər həlak olub. Modern.az xarici mediaya istinadən xəbər verir ki, hadisə Quanqdonq vilayətinin Qinqyuan şəhərində erkən saatlarda baş verib.
Xinhua agentliyinin yerli hökümətə istinadən verdiyi məlumata əsasən, xilasedicilər alovun söndürülməsinə müvəffəq olublar. Ciddi xəsarət alanlar isə xəstəxanalara yerləşdiriliblər.
Xəbər agentliyinin verdiyi məlumatda həm də bildirilir ki, hadisə ilə bağlı əlaqəli olduqları şübhə edilən bir neçə şəxs polis tərəfindən həbs edilib.
“İlkin təhqiqat onu göstərir ki, atəşə səbəb fişənglərin alışması olub. Üç əməkdaş alovu söndürməyə çalışdığı bir vaxt partlayış baş verib və nəticədə daha çox insanın həlak olmasına səbəb olub.” – deyə, hesabatda bildirilir.
Hazırda Çində Yeni İl şənlikləri qeyd edilir. Bu mövsümdə ənənəvi olaraq fişənglər geniş istifadə olunur.