Modern.az

Rusiya təhlükə yaratdı - Avropaya radioaktiv buludlar GƏLDİ 

Rusiya təhlükə yaratdı - Avropaya radioaktiv buludlar GƏLDİ 

19 Fevral 2018, 16:38

Ötən ilin sentyabr və oktyabr aylarında Avropada rutenium-106 izotopunun izləri qəflətən Avropada peyda oldu. Bu izotop Norveç, Yunanıstan, İsveçrə və Ukraynada aşkar olunmuşdu.

 

Radioaktiv buludun belə həcmdə olması təhlükə törədə biləcək səviyyədə deyildi, bir neçə qram materialdan ibarət idi. Lakin onun mənşəyi ilə bağlı müzakirələr qorxulu iddialara yol açdı.

 

Modern.az saytının ABŞ-ın nüfuzlu “Science” nəşrinə istinadən məlumatına görə, Fransanın Nüvə Təhlükəsizliyi İnstitutu indi bəyan edib ki, izotoplar Rusiyanın cənubunda yerləşən Mayak nüvə stansiyasından buraxılıb.

 

İnstitut iddia edib ki, yüksək dərəcəli radioaktiv komponentlərin təcrübəsi zamanı sızma baş verə bilər.

 

Rusiya hökuməti və “Rosatom” dövlət korporasiyası isə iddiaları təkzib edir.

Rusiya Elmlər Akademiyasının Nüvə Təhlükəsizliyi İnstitutunun 31 yanvarda təşkil etdiyi beynəlxalq tədbirdə radioaktiv çirklənmənin mənşəyi ilə bağlı fikir ayrılıqları yaşanıb.

Alman alimlər Fransanın Nüvə Təhlükəsizliyi İnstitutu ilə birgə kompüter model əsasında hava nümunələri yaradıb və qeyd ediblər ki, Avropaya gələn ruteniumun mənbəyi Cənubi Uraldadır.
 

Fransalı alimlər qrupu çətinliklə də olsa müəyyən ediblər ki, bu nüvə reaktoru təhlükə üçün potensial mənbədir və burada başqa da radioaktiv çirklənmələr olub.

 

Cənubi Uraldakı Mayak müəssisəsi məxfi qurumdur. Burada 60 il bundan qabaq dünyanın dəhşətli nüvə qəzası baş verib.

 

Tezliklə bu müəssisədə baş verən qəza ilə bağlı fərziyyələr ortaya çıxdı. Versiyalardan biri bu idi ki, nüvə yanacağı izotoplar buraxdığına görə qəza baş vermişdi.

 

Fransanın Nüvə Təhlükəsizliyi İnstitutu hesabatında qeyd edib ki, Avropaya radioaktiv buludların gəlməsinin səbəbi Mayakda Serium-144 kapsulunu istehsal etmək cəhdləri ilə bağlıdır.

 

Qərbin elmi-populyar nəşrləri yazıb ki, serium-144 bu laboratoriyanın alimlərinə neytrino adlanan hipotetik hissəcikləri almaq üçün lazım imiş.

 

Prinston Universitetinin fiziki Frank von Hippel bildirib ki, o, Fransa Nüvə Təhlükəsizliyi İnstitutunun analizində hər hansı səhv görmür.

 

Ekspertin sözlərinə görə, Fransalı alimlərin dəyərləndirməsi belədir ki, rutenium-106 izotopundan 1-4 qram arasında sızma olub.

 

O bildirib ki, Avropadakı radioaktiv buludlar təhlükəsiz olsa da, Mayakda olan hər hansı qəza potensial olaraq təhdiddir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?