Modern.az

Mahmud Abbasın xəstə olduğu təkzib edildi  

Mahmud Abbasın xəstə olduğu təkzib edildi  

23 Fevral 2018, 13:23

Fələstinin dövlət başçısı Mahmud Abbasın sağlamlığının həddindən pis olduğu ilə bağlı verilən xəbərlər dezinformasiya çıxıb.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Fəth Hərəkatının Mərkəzi Komitəsinin üzvü Hüseyn eş-Şeyx bu xəbərləri şayiə adlandırıb.

 

Qeyd edək ki, İsrail mətbuatında Fələstinin dövlət başçısı Mahmud Abbasın ABŞ-da yerləşən bir xəstəxanada müalicə aldığına dair xəbərlər verilib. Hüseyn eş-Şeyx xəbərləri təkzib edərək bildirib ki, Mahmud Abbasın vəziyyəti olduqca yaxşıdır.

 

"Xəstəxanaya ümumi yoxlamadan keçmək üçün gedib. Buna səbəb onun mədəsində narahatlıq keçirməsi olub".

Sizə yeni x var
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?