Modern.az

Həkimlər məhkumun damarını tuta bilmədi

Həkimlər məhkumun damarını tuta bilmədi

26 Fevral 2018, 16:36

 ABŞ-da planlaşdırılan edam baş tutmayıb. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb tibb personalının məhkumun vena damarını tapa bilməməsi olub.

 

Deyk Li Hem 1987-ci ildə mehmanxana sahibi Patrik Kanninqemi öldürməkdə ittiham olunurdu. Lakin 2 saat ərzində məhkumun damarını tapa bilməyən həkimlər ölümcül inyeksiyanı yeritmək prosesini təxirə salmalı olmuşdular.

 

Hazırda edam mərasiminin baş tutmaması ilə bağlı araşdırılma aparılır.  

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB