Modern.az

Alimlərdən AÇIQLAMA: “Doğuş qadın ömrünü qısaldır”

Alimlərdən AÇIQLAMA: “Doğuş qadın ömrünü qısaldır”

26 Fevral 2018, 16:40

Doğuş qadın ömrünü qısaldır.

ABŞ-da doğumun qadınların  ömrün uzunluğuna təsiri ilə bağlı araşdırma aparılıb. Modern.az xəbər verir ki bu barədə ABŞ-ın “Human Reproduction” jurnalı məqalə dərc edib.

ABŞ-ın Corc Meyson Universitetinin tədqiqatçıları doğuşun qadın ömrünü qısaldıb-qısaltmaması ilə bağlı apardıqları araşdırma nəticəsində “doğuş qadının ömrünü azalda bilər” nəticəsinə gəliblər.

Alimlər 2 minə yaxın reproduktiv yaş qrupuna daxil qadının DNT-lərini tədqiq ediblər. Onların əsas hədəfi telomerlər olub. Bütün qadınlardan telomerlərin ölçülərini götürüb, onlardan hansının doğuş keçirməsini dəqiqləşdirilib. Doğuş keçirən qadınlarda övlad dünyaya gətirməyən qadınlarla  müqayisədə telomerlərin ölçüləri 4,2% kiçik olub ki, bu da 3 illik bioloji qocalma deməkdir.

 

Ən maraqlısı doğuşun, telomerlərin ölçüsünə təsiri piylənmə və siqaretə nisbətdə daha çoxdur. Eyni zamanda məlum olub ki, qadın nə qədər çox doğuş keçirərəsə, telomerlərin ölçüsü bir o qədər qısalır.

“Biz uşaq doğuşlarına qarşı deyilik” – deyə alimlər vurğulayırlar. Eyni zamanda doğuşların telomerlərin uzunluğuna bu təsiri ilə bağlı hər hansı açıqlama verməkdən imtina ediblər. Onlar bunun səbəblərinin araşdırılması üçün daha çox tədqiqatların aparılmasının vacibliyini vurğulayıblar. 

 

Əvəz ZEYNALOV

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB