Modern.az

Zəlzələ qurbanlarının sayı 10 nəfərə çatdı

Zəlzələ qurbanlarının sayı 10 nəfərə çatdı

Dünya

26 Fevral 2018, 21:39

Papua-Yeni Qvineyada baş verən zəlzələ nəticəsində həlak olanların sayı 10 nəfərə çatıb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, yeraltı təkanlar fevralın 26-da yerli vaxtla saat 03:44-də Porqera şəhərindən 89 kilometr cənub-qərbdə qeydə alınıb. Zəlzələnin ocağı yer səthindən 35 kilometr dərinlikdə yerləşib.

Regionda bir sıra avtomobil yolları və çaylar torpaq sürüşmələrinə məruz qalıb, çox sayda ev dağılıb. Bu səbəbdən həlak olanların sayının daha da artacağı gözlənilir.

Zəlzələdən zərər çəkən rayonlara xilasedicilər və hərbçilər göndərilib.

Qeyd edək ki, Papua-Yeni Qvineyada 7,5 maqnitudalı zəlzələ baş verib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?