Modern.az

Beynəlxalq axtarışda olan azərbaycanlı Ukraynada tutuldu

Beynəlxalq axtarışda olan azərbaycanlı Ukraynada tutuldu

26 Fevral 2018, 23:11

 Ukraynanın Zaparojye vilayətində beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı saxlanılıb. Modern.az  “Report”a istinadən  xəbər verir ki, bu barədə sözügedən vilayətin polis idarəsi məlumat yayıb.

 

Azərbaycanda narkotik maddələrin qanunsuz dövriyyəsi cinayətlərinin törədilməsinə görə axtarışa verilən 54 yaşlı şəxs Melitopol şəhərində ələ keçib. O, Ukrayna ərazisində qanunsuz yaşayıb.

 

Ona qarşı Ukrayna ərazisində yaşama qaydalarının pozulmasına görə inzibati protokol tərtib olunub.

Sizə yeni x var
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB