Modern.az

Putin seçkilərə müdaxilədə ittiham olunanları ABŞ-a təhvil verməkdən İMTİNA EDİB

Putin seçkilərə müdaxilədə ittiham olunanları ABŞ-a təhvil verməkdən İMTİNA EDİB

4 Mart 2018, 21:34

 

Rusiya 2016-cı ildə ABŞ-da keçirilən prezident seçkilərinə müdaxilədə ittiham olunan vətəndaşlarını Vaşinqtona təhvil verməyəcək.

Modern.az  xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin NBC-yə müsahibəsində deyib.

"Heç vaxt. Rusiya ümumiyyətlə öz vətəndaşlarını harasa ekstradisiya etmir, eləcə də ABŞ-a", - deyə prezident bildirib.

Putin əlavə edib ki, ittiham olunan şəxslər Rusiya hakimiyyətini təmsil etməyiblər. "Onların dəqiq nə etdiklərini mən bilmirəm", - deyə o bildirib. (report.az)

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB