Modern.az

Türk ordusu Afrində tankların zirehlənməsi üzrə yeni sistemdən yararlanacaq

Türk ordusu Afrində tankların zirehlənməsi üzrə yeni sistemdən yararlanacaq

5 Mart 2018, 20:55

Türkiyə Silahlı Qüvvələri (SQ) Suriyanın Afrin bölgəsində yeni PULAT - tankların zirehlənməsi sistemindən istifadə edəcək.

Modern.az Trend-ə istinadən xəbər verir ki,  bunu Türkiyə Müdafiə Sənayesi Katibliyinin baş direktoru İsmayıl Dəmir deyib.

Baş direktor bildirib ki, PULAT sistemi yoxlamalardan tamamilə keçib.

 

Qeyd edək ki, yeni zirehlənmə sistemi ASELSAN şirkəti tərəfindən hazırlanıb. Bu sistem "Leopard 2" və "M 60" tanklarına inteqrasiya oluna bulər.

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! İran şəhərləri dağıdılır