Makedoniya rəhbərliyi ölkənin adını dəyişməyə və respublikaya yeni ad seçmək üçün referendum keçirməyə qərar verib. Bununla, ölkə hakimiyyəti NATO və Avropa Birliyinə daxil olmaq şanslarını artırmağı düşünür. Çünki qonşu Yunanıstan uzun illərdir ki, Makedoniyadan adını dəyişməsini tələb edir.
Modern.az bu və ya digər səbəbdən adını dəyişmiş ölkələrin siyahısını təqdim edir.
Makedoniya
Makedoniya hakimiyyəti ölkənin adını dəyişməyə qərar verib. Baş nazir Zoran Zayev hələ yanvar ayındakı çıxışında referendum keçirərək ölkəyə yeni ad seçməli olduqlarını demişdi. Zayev ölkənin yeni adı üçün 4 versiya irəli sürüb:
Şimali Makedoniya Respublikası, Yuxarı Makedoniya Respublikası, Vardar Makedoniya Respublikası və Makedoniya Respublikası (Skopye).
Bu dəyişiklik Skopyeyə Yunanıstanla uzun illərdir ki, davam edən ad mübahisəsini sonlandırmağa kömək edəcək. Yunanıstan ərazisindəki eyniadlı vilayətin də Makedoniya olduğunu əsas gətirərək, Makedoniya dövlətindən dəyişiklik tələb edib.
Makedoniya bu addıma asanlıqla gedəcək. Çünki Skopye NATO, həmçinin, Avropa Birliyinə üzv olmaq istəyir. Paralel olaraq, həm alyans, həm də Avropa İttifaqı Skopye və Afinadan münaqişəni nizamlamalarını istəyir.
Kambodca Krallığı
XX əsrin ortalarından başlayaraq Asiyanın cənub-şərqində yerləşən bu ölkənin adı 5 dəfə dəyişib. 1953-cü ildə Kambodca Krallığı adlanan ölkə Fransadan müstəqillik qazanmışdı. 1970-ci ildə kral Sianuk devrilmiş, hakimiyyətə isə antikommunist və ABŞ əleyhidarı Lon Nola gəlmişdi. Bundan sonra, ölkənin adı Kxmer Respublikasına çevrilmişdi. Bu addım etnik səbəbdən atılmışdı – ölkə sakinlərinin çox bu xalqa məxsus idi.
1975-ci ildə “qırmızı kxmerlər” hakimiyyətə gəldikdən sonra ölkənin adı “Demokratik Kampuçiya Respublikası"na çevrildi. Lakin 1979-cu ildə Vyetnamla müharibədən və hakimiyyət dəyişikliyindən sonra vyetnamlı müttəfiqlər ölkənin adını Demokratik Kampuçiya Respublikasına dəyişdilər. 1989-cu ildə konstitutsion dəyişikliklərdən sonra ölkə Kambodca Respublikası adlandırıldı.
Ölkə əvvəlki adına - Kambodcaya yalnız 1993-cü ildə geri döndü. Ölkədə monarxiya bərpa edildi və dövlət Kambodca Krallığı adlanmağa başladı.
Şri-Lanka
Seylonu hələ XVI əsrdə portuqallar Şri Lanka adlandırmışdılar. Bu toponim adada çoxluq təşkil edən “sinqal” xalqının adından yaranmışdı. Portuqallardan sonra Şri Lankaya hollandlar, daha sonra isə britaniyalılar gəlmişdi. Buna baxmayaraq, ada öz adını dəyişməmişdi.
Hind-Kitay yarımadasının digər ölkələrindən fərqli olaraq, Şri Lanka heç vaxt Böyük Britaniyaya nifrət etməmişdi. Çünki müstəmləkə dövründə ada ciddi iqtisadi inkişafa nail olmuşdu.
1948-ci ildə Şri Lanka Britaniya İmperiyasının tərkibində müstəqillik qazandı. 70-ci illərdə nəhayət Seylon adası Şri Lankaya çevrildi. Əvvəlcə, “Şri Lanka Respublikası” adlanan ölkə 1978-ci ildə “Şri Lanka Demokratik Sosialist Respublikası” adlanmağa başladı. Buna rəğmən, istər Qərbdə, istərsə də Şri Lankanın özündə “Seylon” adı geniş istifadə olunurdu.
2005-ci ildə Şri Lankanın prezidenti Racapaksa seçildi. Dövr çox ağır idi: ölkədə sinqallar (ölkə əhalisinin 60%-i) ilə tamillər (əhalinin 10%-i) arasında müharibə gedirdi. Milli qarşıdurmanı dayandırmaq üçün prezident Racapaksa xalqları birləşdirmək üçün “Seylon” adından rəsmən imtina etdi.
Myanma
1948-ci ildə ingilislərdən müstəqillik qazanmış Myanma ilk vaxtlar Birma adlanırdı. Bu toponim də ölkədəki milli çoxluğun adından götürülüb. 1974-cü ildə ölkə sosialist kursu götürdü və Sosialist Birma Respublikası İttifaqı adlanmağa başladı.
Birma adındakı problem onunla bağlı idi ki, ölkə əhalisinin çoxunu təşkil edən birmalılar özlərini bama adlandırırdılar və Birma sözünü bəyənmirdilər. XX əsrin 80-ci illərində hərbi diktatura qorulduqdan sonra bir çox toponimlər, o cümlədən ölkənin adı da Myanma İttifaqına çevrildi.
İran
İran (arilər ölkəsi) öz ölkələrini qədimdən belə adlandırsa da, sakinlərin çoxunu farslar təşkil edirdi. Hələ qədim yunanların Persiya adlandırdığı ölkə digər millətlər tərəfindən də belə adlandırılmışdı. 1935-ci ilə qədər Persiya belə adlansa da, Rza şah Pəhləvi ölkəni İran adlandırmağa başladı.
1959-cu ildə Rza şah həm İran, həm də Persiya adlarının paralel olaraq işlədilməli olduğunu desə də, 1979-cu il İran İslam İnqilabından sonra rəsmi sənədlərdə yalnız bu ad qaldı.
Səudiyyə Ərəbistanı
Səudiyyə Ərəbistanını əvvəlki adı Hicaz olub. Bu, hazırda Məkkə və Mədinə şəhələrinin yerləşdiyi tarixi vilayətin adıdır.
Nəcd vilayətinin hakimi Əbdül-əziz Əl Saud 1916-cı ildə Osmanlı İmperiyasından ayrılaraq, müstəqilliyi elan etdikdən sonra 1925-ci ildə Hicazı da ələ keçirmişdi. Yeni yaranmış dövlət 1932-ci ildə Səudiyyə Ərəbistanı adlanmağa başlayıb. Maraqlıdır ki, dünyada yalnız 3 ölkə hakim sülalənin adı ilə adlanır. Bu ölkələr Səudiyyə Ərəbistanı, İordaniya və Lixtenşteyndir.
Demokratik Konqo Respublikası
Diktator Mabutu Sese Sekonun dövründə hazırki Demokratik Konqo Respublikası Zair Respublikası adlanmağa başlamışdı. 1965-ci ildə hərbi çevriliş yolu ilə hakimiyyətə gələn Mobutu ölkəni Afrika üçün xarakterik olan hərbi avtoritar üslubda idarə edib.
Qərblə sıx dosltuq münasibətlərinə baxmayaraq, Mabutu Sese Seko 1997-ci ildə devrilib. Bundan sonra, ölkəyə tarixi adı olan Demokratik Konqo Respublikası bərpa edilir.