Modern.az

ABŞ-dan Əfqanıstana hava hücumu - Terrorçular MƏHV EDİLDİ

ABŞ-dan Əfqanıstana hava hücumu - Terrorçular MƏHV EDİLDİ

7 Mart 2018, 00:45

ABŞ Əfqanıstanda 10-dan artıq İŞİD terrorçusu məhv edib.

Modern.az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin mərkəzi komandanlığından bildiriblər.

 

Məlumatda deyilir: "ABŞ Əfqanıstanın 3 əyalətinə hava zərbələri endirib. Cauzdan əyalətinə martın 3-ü endirilən hava zərbələri nəticəsində 10 terrorçu məhv edilib. Kunar və Nanqahar əyalətlərinə martın 4-ü endirilən hava zərbələri nəticəsində isə 2 terrorçu məhv edilib".

 

Məlumatda qeyd edilir ki, fevral ayı ərzində ABŞ-ın Əfqanıstana endirdiyi hava zərbələri nəticəsində 7 terrorçu məhv edilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! İran şəhərləri dağıdılır