Papua Yeni Qvineyada dəhşətli zəlzələ baş verib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, 6,7 bal gücündə baş verən zəlzələ nəticəsində azı 55 nəfər həlak olub. Ölənlərin sayının artacağı ehtimal olunur. Güclü zəlzələdən sonra bir neçə dəfə zəif təkanların olduğu bildirilir.
Xatırladaq ki, 25 fevral tarixində bölgədə 7,5 bal gücündə baş verən zəlzələ 15 can almışdı.