Modern.az

Türkiyə Afrində əməliyyatları maya qədər yekunlaşdıracaq

Türkiyə Afrində əməliyyatları maya qədər yekunlaşdıracaq

8 Mart 2018, 15:11

Türkiyə Silahlı Qüvvələri Afrində apardıqları hərbi əməliyyatları maya qədər yekunlaşdırmağı planlaşdırır.

 

Modern.az-ın məlumatına görə, bunu Türkiyənin Xarici İşlər Naziri Mövlud Çavuşoğlu deyib.

O həmçinin qeyd edib ki, İraq hökuməti ilə birlikdə terrorçu PKK qruplaşmasına qarşı əməliyyatlara başlanacaq.

Məlumat üçün bildirək ki, Suriyanın Afrin bölgəsində aparılan "Zeytun budağı" əməliyyatı çərçivəsində zərərsizləşdirilən terrorçuların sayı 3055-ə çatıb.

 

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! İran şəhərləri dağıdılır