Modern.az

ABŞ-dan  Türkiyəyə “S-400”-lərlə bağlı XƏBƏRDARLIQ

ABŞ-dan  Türkiyəyə “S-400”-lərlə bağlı XƏBƏRDARLIQ

8 Mart 2018, 23:42

 

ABŞ Türkiyənin Rusiya istehsalı olan S-400 zenit-raket sistemlərini əldə etmək planından imtina edəcəyinə ümid edir və Ankaranı bu cür addımın fəsadlarının ola biləcəyi barədə xəbərdarlıq edir. 

 

Modern.az xarici mediaya  istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Senatında çıxışı zamanı Avropadakı NATO qüvvələrinin baş komandanı amerikalı general Kertis Skalarrotti bildirib. 

 

O S-400 komplekslərinin NATO standartlarına uyğun gəlmədiyini  xatırladıb. "Mən və hökumətimizin digər üzvləri də onlara S-400-lərin əldə olunmasının digər fəsadlarla nəticələnə biləcəyini izah etməyə çalışmışıq", -deyə general bildirib. Kertis Skalarrotti "digər  fəsadlarn mahiyyətini açıqlamayıb. 

 

 

"Həmin sövdələşmə hələ başa çatmayıb və biz onları S-400-lərin NATO standartlarına uyğun gəlmədiyinə  inandırmağa çalışırıq" -  deyə Kertis Skalarrotti  qeyd edib. 

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! İran şəhərləri dağıdılır