Modern.az

İki uşaq evin içində yanaraq öldü

İki uşaq evin içində yanaraq öldü

9 Mart 2018, 23:19

Rusiyanın Mari El Respublikasında fərdi evdə yanğın baş verib.

 

Modern.az rus mediasına  istinadən verdiyi xəbərə görə, hadisə Medvedevsk rayonunda qeydə alınıb.

 

Hadisə nəticəsində 2010 və 2014-cü il təvəllüdlü 2 qız uşağı yanaraq ölüb. Yanğın zamanı evdə azyaşlılardan başqa heç kəs olmayıb. Ev əşyaları ilə birlikdə tamamilə yanaraq külə dönüb.

 

 

 Faktla bağlı cinayət işi açılıb. Yanğının səbəbləri araşdırılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular