Modern.az

Alimlər böyük şəhərlərdə insan həyatı üçün növbəti  təhlükəni aşkarladılar

Alimlər böyük şəhərlərdə insan həyatı üçün növbəti  təhlükəni aşkarladılar

27 Mart 2018, 00:08

Meqapolis sakinləri kənd yerlərində yaşayanlarla müqayisədə dəri xəstəliklərindən daha çox əziyyət çəkirlər.

Trend-in məlumatına görə, Cənubi Koreya alimləri belə hesab edirlər.

Tədqiqatın nəticələrinin dərc olunduğu "Science Advances" jurnalında qeyd olunur ki, insan dərisində qidalanan mikroorqanizmlərin həyatını təhlil etmək üçün Çinin 5 şəhərində (3-ü böyük, 2-si meqapolis) yaşayan 231 qadından analiz götürülüb.

Məlum olub ki, meqapolislərdə yaşayanlarda mikroorqanizmlər böyük şəhərlərdə yaşayanlarla müqayisədə xeyli azdır. Alimlər bu qənaətə gəliblər ki, dəridə nə qədər çox mikroorqanizm qidalanarsa, dəri xəstəliyi riski bir o qədər az olacaq.

Bundan əvvəl ehtimal edilirdi ki, dəri xəstəliklərinə havanın normadan artıq çirklənməsi səbəb ola bilər. Lakin bu xəstəliyə səbəb olan mexanizm tam aydın deyil.

Sizə yeni x var
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular