Modern.az

Məşhur döyüşçü cinayət törətdi, polisə təslim oldu - VİDEO

Məşhur döyüşçü cinayət törətdi, polisə təslim oldu - VİDEO

6 Aprel 2018, 11:49

İki çəki kateqoriyasında “UFC”nin eks çempionu əslən irlandiyalı olan Konor Makqreqor Nyu-York polisi tərəfindən həbs olunub. Modern.az xəbər verir ki, bu barədə “Sovetskiy sport” məlumat yayıb.

 

Eks-çempion digər idmançılar olduğu avtobusa hücum etmək və savaş çıxarmaqda ittiham olunur.

 

Hadisə aprelin 5-də Nyu-Yorkda “Barklayz-senter” arenasında “UFC” döyüşçülərinin görüşü zamanı baş verib. İdmançı digər idmançılarla birgə rusiyalı döyüşçü Həbib Nurmaqamedovun da olduğu avtobusa hücum edib. Hücumda digər rus idmançı Artyom Lobovun da iştirak etdiyi bildirilir.

 

Qeyd etək lazımdır ki, hadisədən sonra heç bir idmançı polisə şikayət etməyib.

 

Modern.az sizə həmin görüntüləri təqdim edir.

 

Əvəz ZEYNALOV

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Tehranda binalar boşaldılır - İsrail zərbə ENDİRƏCƏK