Modern.az

İsrail aviasiyası Suriyanı BOMBALADI

İsrail aviasiyası Suriyanı BOMBALADI

Dünya

9 Aprel 2018, 10:20

İsrail aviasiyası Suriyanın Homs vilkayətində yerləşən T-4 aviabazasını bombalayıb.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə “SANA” agentliyi məlumat yayıb.

 

“T-4 aviabazası bir neçə raketlə atəşə tutulub və biz istisna etmirik ki, bu ABŞ-ın hərbi təcavüzüdür”-deyə açıqlamada deyilir.

Suriya hava hücumundan müdafiə qüvvələri təyyarələrə atəş açıb.

 

Aksiyanı hadisə barədə açıqlama vermək istəməyən İsrailin törətdiyi ehtimal olunur. Rəsmi Vaşinqton isə hücumda iştirak etmədiyini rəsmən açıqlayıb.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular