Modern.az

Türkiyə fövqəladə vəziyyət rejimini daha 3 ay uzadıb

Türkiyə fövqəladə vəziyyət rejimini daha 3 ay uzadıb

Dünya

17 Aprel 2018, 22:26

Türkiyə hökuməti ölkədə fövqəladə vəziyyət rejiminin daha 3 ay uzadılmasına dair qərar qəbul edib. APA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə baş nazirin müavini Bəkir Bozdaq bildirib.

 

Bundan əvvəl prezident Rəcəb Tayyip Ərdoğanın rəhbərliyi ilə keçirilmiş Türkiyə Milli Təhlükəsizlik Şurasının iclasında ölkədə fövqəladə vəziyyət rejiminin daha 3 ay uzadılması tövsiyə edilib. Daha sonra hökumətin iclası keçirilib.  

 

Sabah isə parlamentdə müvafiq qərarla bağlı səsvermənin keçiriləcəyi gözlənilir. Qərarın təsdiqi üçün 276 səs gərəkdir.

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İranda İĞTİŞAŞLAR BAŞLADI - Xalq ayağa qalxdı