Ermənistan müdafiə naziri Viqen Sarkisyan ölkədə yaranmış ictimai-siyasi vəziyyətə qiymət verib.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, nazir qanunvericiliyə əsasən, böhranlı situasiyalarda fövqəladə halın elan oluna bildiyini deyib.
“Mən əminəm ki, vətəndaşların və hakimiyyətin marağındadır ki, fövqəladə hal elan etməyə ehtiyac yaranmayacaq. Qanunvericlikdə bununla bağlı konkret müddəalar var”.
Viqen Sarkisyan parlamentin qəbul edəcəyi qərar əsasında ordunun proseslərə cəlb oluna biləcəyini də söyləyib.
Xatırladaq ki, aprelin 13-dən Yerevanda Serj Sarkisyanın baş nazir seçilməsinə qarşı izdihamlı aksiyalar keçirilir.