Ermənistanın baş nazir vəzifələrinin icraçısı Karen Karapetyan yeni bəyanatla çıxış ediblər.
Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bəyanatda Karapetyan ölkədəki siyasi qüvvələri növbədənkənar seçkilərin keçirilməsi üçün danışıqlar masasına dəvət edib.
O həmçinin etirazçıları ictimai asayişi pozmamağa çağırıb.
“Biz təklif edirik ki, növbədənkənar seçkilərə gedək və əgər xalq onu (red-Nikol Paşinyanı) seçərsə, qoy o da baş nazir olsun. Xalqın namizədi seçkilərlə müəyyən olunur”.
Nikol Paşinyan bundan əvvəl, seçicilərin 90%-nin onu dəstəklədiyini və baş nazirin özü olacağını elan edib.
Əvəz ZEYNALOV