Modern.az

Yerevanın mərkəzinə zirehli texnika yeridildi

Yerevanın mərkəzinə zirehli texnika yeridildi

25 Aprel 2018, 17:18

Yerevandakı etirazçılar şəhər mərkəzini tamamilə tutublar, bununla yanaşı ölkənin ikinci böyük şəhəri Gümrü də daxil olmaqla digər şəhərlərdə də  mitinqlər davam edir.

 

Modern.az  Ermənistan mətbuatına istinadən xəbər verir ki, hakim partiyanın müdafiəsinə çoxlu sayda polis, 2 Piyada Döyüş Maşını və avtomatlı hərbçilər də cəlb olunub.

 

Etirazçılar Hökumət binasının yerləşdiyi Respublika meydanını doldurublar. Həmçinin, digər qruplar şəhər küçələrində yürüşlər keçirirlər. Yollarda hərəkət çətinləşib, lakin sürücülər mitinq iştirakçılarını dəstəkləyirlər. Hökumət binası polis kordonuna alınıb. Binanın müdafiəsinə əli avtomatlı şəxslər cəlb olunub.

 

Hakim “Respublikaçılar” partiyasının ofisinə çoxlu sayda polis və zirehli texnika cəlb olunub. Həmçinin əraziyə çox sayda avtobus da gətirilib.

Etirazçılarla polis arasında hələki toqquşmalar qeydə alınmayıb. Müxalifət nümayəndələri polislərlə danışıqlar aparır.

 

Əvəz ZEYNALOV

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İranda İĞTİŞAŞLAR BAŞLADI - Xalq ayağa qalxdı