Modern.az

Merkel Trampla görüşəcək

Merkel Trampla görüşəcək

27 Aprel 2018, 14:39

Almaniyanın baş naziri Angela Merkel Donald Tramp ilə görüşmək üçün Vaşiqtondadır.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, görüşün gündəmində Suriya, İran və gömrük vergisi problemi olacaq. Görüşün 3 saat davam etməsi nəzərdə tutulub.

Görüş zamanı ilk müzakirə ediləcək məsələ ABŞ-ın idxal etdiyi polad və aliminium əlavə gömrük tarifi tətbiq etmək planı olacaq.

 

İkinci olaraq İran müzakirə ediləcək. Donald Tramp 2015-ci ildə İran ilə imzaladıqları nüvə müqaviləsi ilə bağlı qərarını 12 may tarixində açıqlayacaq.

 

Qeyd edək ki, o, İranın nüvə proqramını məhdudlaşdırmasının qarşılığında ölkəyə tətbiq etdiyi sanksiyaları dayandıracağı ilə bağlı müqaviləni ləğv etmək istəyir.

 

Son olaraq Suriyadakı hadisələrin gündəmə gətiriləcəyi gözlənilir. Almaniya Dumada kimyəvi silahlardan istifadə edənlərə qarşı cavab tədbbirləri kimi ABŞ, Fransa və İngiltərə ilə birgə Suriyadakı hədəflərə hava hücumlarında iştirak etmək qərarını alıb.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! İran şəhərləri dağıdılır