Modern.az

Hakim partiya Ermənistanda baş nazir seçkilərini poza bilər

Hakim partiya Ermənistanda baş nazir seçkilərini poza bilər

1 May 2018, 11:22

“Respublika Partiyası baş nazir seçkilərini pozmağı planlaşdırır”.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə “Yelk” blokunun üzvü və etiraz hərəkatının lideri Nikol Paşinyan öz “Facebook” səhifəsində yazıb.

 

O, tərəfdarlarını Respublika meydanına çıxmağa səsləyib.

 

Xatırladaq ki. Bu gün saat 12:00-da Ermənistan parlamenti xüsusi iclasında yeni baş naziri seçəcək. Yeganə namizəd Nikol Paşinyan bunun üçün 105 deputatdan 53-nün səsini qazanmalıdır. Müxalifət blokunun toplam 47, iqtidardakı Respublika Partiyasının isə 58 deputat mandatı var.   

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıdan Netanyahuya KRİTİK ÇAĞIRIŞ - Buranı vurma!