Ermənistan parlamenti bu gün növbəti 4 günlük sessiyaya başlamalı idi.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, iclasda 105 deputatdan yalnız 27-si iştirak edib.
Spiker Ara Babloyan kvorumun olmamasıl səbəbindən iclasın təxirə salındığını elan edib.
“Kvorum yoxdur. Parlamentin əsasnaməsinıə görə, yetərsayın olması üçüm 4 saat gözləmək lazımdır”.
İclasda çıxış edən “Tsarukyan” blokunun üzvü Vaqe Enfiacyan blokun adından parlamentin iclasına qatılamayacaqlarını elan ediblər.