Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyası (CHP), "İYİ Parti", Səadət Partiyası və Demokratik Partiya növbədənkənar parlament seçkilərində koalisiya yaradırlar.
Modern.az Türkiyə KİV-nı istinadən xəbər verir ki, müxalif partiyaların Türkiyə prezidenti postuna vahid namizəd irəli sürəcəkləri də istisna edilmir. Vahid namizədin adının yaxın günlərdə açıqlanacağı ehtimal olunur.
Qeyd edək ki, iyunun 24-də Türkiyədə növbədənkənar parlament və prezident seçkiləri keçiriləcək. Seçkilərə 11 siyasi partiya qatılacaq.