Modern.az

Makron Avstraliyanın birinci ledisini “dadlı” adlandırdı

Makron Avstraliyanın birinci ledisini “dadlı” adlandırdı

Dünya

2 May 2018, 14:37

Fransa prezidenti Emmanuel Makron Avstraliyanın Sidney şəhərinə səfəri zamanı Avstraliya baş naziri Malkolm Terbulun həyat yoldaşını “dadlı” adlandırıb.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, o ingiliscə danışan zaman bu səhvi edib.

“Mən sizi və sizin dadlı həyat yoldaşınıza istiqanlı qəbula görə təşəkkür edirəm”-deyə Makron deyib.

 

Hesab olunur ki, Fransa prezidenti farnsız dilindəki “delicieux” sözü ilə ingilis dilindəki “delicious” sözlərini uyğunlaşdırmağa cəhd edən zaman bu səhvə yol verib.

 

 

Sizə yeni x var
Keçid et
Bakıdan Netanyahuya KRİTİK ÇAĞIRIŞ - Buranı vurma!