Modern.az

Ermənistanda siyasi böhran DƏRİNLƏŞİR - Prezident xalqa müraciət etdi

Ermənistanda siyasi böhran DƏRİNLƏŞİR - Prezident xalqa müraciət etdi

Dünya

2 May 2018, 14:49

Ermənistanda bu gün elan olunan etiraz aksiyaları siyasi böhranı dərinləşdirir.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, prezident Armen Sarkisyan xalqa müraciət edib.

 

“Ötən gün parlament baş naziri seçə bilmədi. Ölkənin gələcəyi üçün təhlükənin olduğunu bütün qüvvələr bəyan etsə də, siyasi böhran davam edir. İnddi diqqətlər bu prosesə cəlb olunmuş siyasi qüvvələrə yönəlib. Təklif edirəm ki, qarşıdakı həftə ərzində milli maraqlar naminə namizəd böhrandan çıxış yolu müzakirə olunsun”-deyə Armen Sarkisyan bildirib.

 

Mayın 2-dən başlayaraq Ermənistan müxalifəti ölkədə ümumilli tətil elan edib. Müxalifət lideri Nikol Paşinyan baş nazir seçilənə qədər etirazların davam etdiriləcəyini bildirib.

 

   

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıdan Netanyahuya KRİTİK ÇAĞIRIŞ - Buranı vurma!