Modern.az

Mədəniyyət naziri istefa verdi

Mədəniyyət naziri istefa verdi

2 May 2018, 18:32

 

Ermənistanın mədəniyyət naziri səlahiyyətlərinin icraçısı Armen Amiryan istefaya gedib.

Modern.az-ın “news.am” saytına istinadən verdiyi xəbərə görə, nazirliyin mətbuat katibi Ruzanna Xaçatryan faktı təsdiqləyib. Lakin istefanın nə ilə bağlı olduğu açıqlanmayıb.  

Qeyd edək ki, bu gün səhərdən Ermənistanın mədəniyyət xadimləri, aktyorları nazirdən xalq hərəkatına qoşulmağı tələb edirdilər.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıdan Netanyahuya KRİTİK ÇAĞIRIŞ - Buranı vurma!