Modern.az

Türkiyədə deputat olmaq istəyənlərin ailə üzvləri yoxlanılacaq- SƏBƏB

Türkiyədə deputat olmaq istəyənlərin ailə üzvləri yoxlanılacaq- SƏBƏB

3 May 2018, 13:37

AKP deputat olmağa namizədliyini irəli sürən hər kəsi ciddi şəkildə  yoxlayacaq.

 

Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, 24 iyun növbədənkənar parlament seçkilərinə namizədliyini irəli sürən şəxslərin FETÖ ilə əlaqəsinin olub-olmaması ciddi şəkildə yoxlanacaq. Namizədlərin özü, ailə üzvləri, o cümlədən qohumları araşdırılacaq.

 

Qeyd edək ki, 8 gün ərzində 7220 nəfər depuatat olmaq üçün namizəliyi üçün müraciət edib.  5 may tarixində 81 rayonda yoxlanışlar həyata keçiriləcək.Yoxlamada deputatlığa namizədlər, bələdiyyə sədrləri, məclis üzvləri, qadın və gənclər təşkilatlarının rəhbərləri iştirak edəcək.

 

Buradan alınan nəticələr deputat namizədlərin siyahısının yaradılmasında əsas meyarlardan biri olacaq.

Sizə yeni x var
Keçid et
Bakıdan Netanyahuya KRİTİK ÇAĞIRIŞ - Buranı vurma!