ABŞ prezidenti Donald Tramp Cənubi Koreyadakı hərbi kontingenti çıxarmaq niyyətindədir.
Modern.az xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb.
Nəşrin bir neçə mənbəyə istinadən verdiyi məlumata görə Tramp ən azından hərbçilərin sayını azaltmağı planlaşdırır.
ABŞ prezidentinin bu qərarı Şimali və Cənubi Koreyanın birləşmək planı ilə əlaqədardır.
Buna həmçinin Trampın dəfələrlə Cənubi Koreyadan hərbi kontingentin yerləşdirilməsi müqabilində lazımi yardımın alınmamasını dəfələrlə vurğulaması da səbəb ola bilər. Belə ki, Koreya Respublikası ərazisində yerləşdirilmiş 23,5 min nəfərlik hərbi kontingentin saxlanılmasının yalnız yarısını ( illik 800 milyon dollar) ödəyir. Tramp isə bu xidmətin tam ödənilməsini istəyir.
Pentaqonda isə bu qərarın ABŞ-Cənubi Koreya alyansını zəiflədəcəyindən narahatlıq keçirirlər.
Əvəz ZEYNALOV