Modern.az

Gül Ərdoğanla birlikdə nikah şahidi olmaq istəmədi

Gül Ərdoğanla birlikdə nikah şahidi olmaq istəmədi

4 May 2018, 11:48

Türkiyənin sabiq prezidenti Abdullah Gül Rəcəb Tayyib Ərdoğan ilə birlikdə nikah şahidi olacağı toy mərasiminə gələ bilməyəcək.

 

Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Ərdoğan sabah Kayseri şəhərində Ekologiya naziri Mehmet Özhasekinin qızının toy mərasimində nikah şahidi olacaq. Abdullah Gülün də Ərdoğan ilə birlikdə şahid kürsüsündə əyləşəcəyi bildirilirdi.

Lakin Gül toyda iştirak etməyəcəyini açıqlayıb.

 

Qeyd edək ki, Ərdoğanın yaxın saatlarda növbədənkənar prezident seçkiləri üçün namizədliyi ictimaiyyətə açıqlanacaq.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıdan Netanyahuya KRİTİK ÇAĞIRIŞ - Buranı vurma!