Türkiyənin baş naziri Binəli Yıldırım və MHP-nin sədri Devlet Bahçeli Ərdoğanın prezidentliyə namizədliyini təsdiqləmək üçün Ali Seçki Şurasına ( YSK) gəlib.
Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Ərdoğanın prezidentliyə namizəd olduğunu təsdiqləyən protokol Türkiyə saatı ilə 14:30-da Ali Seçki Şurasına təqdim ediləcək.
Xatırladaq ki, Ədalət və İnkişaf Patiyası ( AKP) 316 səs çoxluğu ilə Ərdoğanın növbədənkənar prezident seçkilərində namizədliyi ilə bağlı qərar qəbul etmişdi.