Modern.az

Futbolçu ildırım vurmasından öldü

Futbolçu ildırım vurmasından öldü

Dünya

4 May 2018, 23:10

Сənubi Afrika Respublikasında “Marutsburq Yunayted” futbol klubunun hücumçusu Luanda Ntsxanqase ildırım vurmasından iki ay sonra xəstəxanada keçinib.

 

 Bu barədə klubun  “Facebok”dakı rəsmi səhifəsində bildirilir.

 

Məlumata görə, insident martın 1-də yoldaşlıq matçı zamanı qeydə alınıb. İldırım vurmasından sonra L. Ntsxanqase xəstəxanaya yerləşdirilərək süni komaya salınmışdı. Həkimlərin səylərinə baxmayaraq, 21 yaşlı futbolçunun həyatını xilas etmək mümkün olmayıb. İldırım vurması nəticəsində zədələr alan daha iki futbolçunun sağ qaldığı bildirilir.   

Sizə yeni x var
Keçid et
Bakıdan Netanyahuya KRİTİK ÇAĞIRIŞ - Buranı vurma!