Modern.az

ABŞ və İran arasında gizli GÖRÜŞMƏLƏR

ABŞ və İran arasında gizli GÖRÜŞMƏLƏR

Dünya

5 May 2018, 10:19

ABŞ eks dövlət katibi Con Kerri 2018-ci ildə İran xarici işlər naziri Məhəmməd Cavad Zərif ilə bir neçə dəfə görüş keçirib.

 

Modern.az “The Boston Globe” nəşrinə istinadən xəbər verir ki, görüşlərin müzakirə mövzusu “Nüvə razılaşması” olub.

Nəşrin məlumatına görə Kerri və Zərif razılaşmanın saxlanmasının müxtəlif variantlarını müzakirə ediblər.

Danışıqların nəticəsi barədə hələ ki, heç bir məlumat yoxdur.

 

Burada diqqətə layiq məsələ Con Kerrinin Tramp administrasiyanın tənqidçilərindən olmasıdır.

Həmçinin bildirmək lazımdır ki, 2015-ci ildə İranla altılıq ölkələri arasında “Nüvə razılaşması” müqaviləsinin hazırki şərtlərlə bağlanılmasında onun böyük rolu olub.

 

Kerri dəfələrlə ABŞ prezidenti Donald Trampın İranla Nüvə razılaşması”nın şərtlərini dəyişmək cəhdlərini tənqid edib. Bunun üçün onun 2017-ci ildə verdiyi bəyanatlardan birini yada salmaq kifayət olar.

 

“Prezident Trampın qərarı təhlükəlidir, bu beynəlxalq böhrana səbəb olacaq. Bu qərar ABŞ-ın və ən yaxın müttəfiqlərin milli təhlükəsizlik sahəsində maraqlarına təhlükədir”- Kerri öz “Twitter” hesabında bildirib.

 

Əvəz ZEYNALOV

Sizə yeni x var
Keçid et
Bakıdan Netanyahuya KRİTİK ÇAĞIRIŞ - Buranı vurma!