Modern.az

Ərdoğanın CHP-li rəqibi onunla görüş istəyir

Ərdoğanın CHP-li rəqibi onunla görüş istəyir

7 May 2018, 10:54

Cümhuriyyət Xalq Partiyasının 24 iyun tarixində baş tutacaq prezident seçkilərindəki namizədi Məhərrəm İncə digər namizədlərin hər biri ilə görüş tələb etmək istəyir.

 

Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Məhərrəm İncə seçkilərdən qabaq bütün namizədlərə uğur arzulamaq üçün onlarla görüşmək niyyətindədir. CHP-nin namizədi Rəcəb Tayyib Ərdoğan ilə də görüşmək niyyətində olduğunu da dilə gətirib:

“Sabah bütün namizədlərə görüşmək istədiyimi çatdıracam. Cənab Ərdoğan ilə də söhbət etmək istəyirəm. Prezident sarayına çağırsa ora da gedərəm. Millətin gələcəyini düşünməliyik, küsülü qalmaq olmaz. Razı olmasa özü bilər”.

 

O, Xalq Demokrat Partiyasının ( HDP) namizədi Selahattin Demirtaş haqqında da danışıb:

“ Mən rəqibimin qolunu bağlayıb onunla döyüşmyə razı deyiləm. Mərd kimi döyüşəcəyik. Birini həbs et,o birinə böhtan at, belə olmaz. Bəziləri Meral Akşeneri FETÖ üzvü adlandırıb. Mən əminəm ki, belə deyil”.

 

Sonda o, MHP ilə heç bir probleminin olmadığını da bildirib.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! İran şəhərləri dağıdılır