İstanbulda “İYİ” Partiyasının nümayəndələrinə silahlı hücum təşkil olunub.
Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, hücum nümayəndələr seçkilər üçün bəzi tədbirlər görərkən həyata keşirilib.
Hücum zamanı “İYİ” partiyasının təmsil edənlərdən beşi yaralanıb. Birinin vəziyyəti ağırdır. Məlumatda qeyd olunur ki, yaralıların dördünə bıçaqla zərbə endirilib, birinə isə tapança ilə atəş açılıb.
Hücumun MHP-nin qarşısında toplanan təxminən 100 nəfərlik qrup tərəfindən törədildiyi iddia olunur.
“İYİ” Partiya hadisəyə sərt reaksiya verib. Belə ki, partiyanın sədr müavini Müsavat Dervişoğlu Devlet Bahçelini günahlandırıb: “Hücum edən şəxslər tezliklə qanun qarşısında cavab verəcəklər. Amma əsas müzakirə olunmalı məsələ hücumçular deyil, hücumu təşkil edənlərdir. Axan hər damla qanın əsas səbəbkarı Devlet Bahçelidir”.