Modern.az

“İYİ” Partiyasına hücum edən 8 şübhəli saxlanıldı

“İYİ” Partiyasına hücum edən 8 şübhəli saxlanıldı

Dünya

7 May 2018, 12:33

İstanbul şəhərində “İYİ” Partiyasının nümayəndələrinə qarşı təşkil olunan hücumda şübhəli bilinən 8 nəfər saxlanılıb.

 

Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, seçkilər üçün tədbirlər görən nümayəndələrə hücum edib qaçan qrup üzvlərindən 8 nəfər şübhəli polis tərəfindən tutulub. Hadisə ilə bağlı araşdırmalar hələ davam edir.

 

“İYİ” Partiyasından verilən açıqlamada bildirilir ki, hadisəylə bağlı bütün lazımi işlər görüləcək və hadisə iştirakçılarının hamısı qanun qarşısında cavab verəcəklər.

 

Xatırladaq ki, təşkil olunan hücumda biri ağır olmaqla 5 nəfər yaralanmışdı.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir